AZ

“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”

“Biz Rusiya hərbi kontingentini ərazimizdən çıxarmaqla həqiqi süveren ölkə olduğumuzu dünyaya nümayiş etdirdik...”
 
“O torpaqda heç bir statusu olmayan Rusiya sülhməramlılarının ərazimizdən çıxarılması hər şeydən əvvəl Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, həmçinin Rusiya rəhbərliyinin öz hərbçilərinin Qarabağda heç bir faydalı funksiya yerinə yetirməməsini aydın dərk etməsi ilə bağlıdır. Digər tərəfdən, Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı élan etməsi də öz rolunu oynadı”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiya “sülhməramlı” kontingentinin Azərbaycanın Yuxarı Qarabağ ərazisindən çıxmasının əsas səbəblərini siz nələrdə görürsüz?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli dilə gətirib.
 
“Ümumiyyətlə, Rusiya hərbi kontingentinin Qarabağda hansı əsaslarla qalması məsələsi bütün dünyanı maraqlandırırdı. Çünki Rusiya hərbi kontingenti Qarabağda uzun müddət qalacağı halda,  Azərbaycan ərazisində  Rusiya hərbi bazasına çevrilə bilərdi. Biz Rusiya sülhməramlılarını Azərbaycandan çıxarmaqla həqiqi süveren ölkə olduğumuzu dünyaya nümayiş etdirdik. Bura  Türkiyənin də müşahidəçi funksiyasını yerinə yetirən, Ağdamdakı kontingentinin də çıxarılmasını əlavə etsək, biz faktiki olaraq heç bir ölkə ilə hərbi ittifaqda olmadığımızı dünyaya bəyan etmiş oluruq. Qarabağdan Rusiya qoşunlarının çıxarılmasının əsas səbəblərindən biri də Azərbaycan ordusunun bölgədə ən güclü ordu olması ilə bağlıdır. Ən əsas səbəb kimi elə bu götürülməlidir”, - deyə analitik vurğulayıb.
 
Sultan Laçın 
 
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla