AZ

Binədə sakinlər hər gün təhlükə ilə üz-üzədir – TƏFƏRRÜATVİDEO

Paytaxtın Binə qəsəbəsi Avşarlar küçəsi ilə 326 saylı məktəbin arasında yerləşən bu məhəllədə 500-dən artıq ev var.

Xezerxeber.az xəbər verir ki, yüksək gərginlikli elektrik xətlərinin bəzisi hətta həyətlərin içindədir

Sakinlər deyir ki, bu dirəklərin istismar müddəti başa çatıb. Amma yeri dəyişdirilmir.

Onlar iddia edir ki, istismar müddəti başa çatmış dirəklərdən qonşu məhəllələrin sakinlərinə işıq da çəkilir.

"Azərişıq" ASC nin texniki departamentinin direktor müavini Arif Yusifov qeyd edib ki, istismar müddəti başa çatmış elektrik dirəkləri mərhələli şəkildə dəyişdiriləcək.

Özü izolyasiyalı naqillər yerin altından boruların içindən aparılır deyən mütəxəssis qeyd edib ki, bütün bunlar gələcəkdə insanlarının təhlükəsizliyinin təmin oluması məqsədi daşıyır.

Qanunvericiliyə əsasən, elektirik xətlərinin altında və ya komunikasiya xətlərinin keçdiyi torpaq sahələri üzərində evlərin tikilməsi qadağandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla