AZ

"Azenco OJSC" işçi axtarır - VAKANSİYA

Azenco OJSC

Tender üzrə mütəxəssis

Son tarix 23 may 2024 - [email protected]

 Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Azərbaycan Respublikası daxilində və xaricində beynəlxalq maliyyə qurumları və donor təşkilatları tərəfindən maliyyələşən layihələr çərçivəsində elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
  • Tender sənədlərinin əldə olunması, səmərəli iş planlaması və bölgüsü əsasında tender təkliflərinin operativ qayda hazırlanması;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan əlavə rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması; 
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
  • Tender prosesinin müxtəlif mərhələlərində Şirkətin təmsil olunması;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi.

Davranış bacarıqları:

  • Təhlil etmək və problem həll etmək bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
  • Analitik və problem həll etmə bacarığı;
  • Əməkdaşlıq və Komanda işi;
  • Vaxtın düzgün idarə edilməsi;

Biliklər:

  • Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli;
  • Sənaye malları üzrə təchizat və tender sahəsində iş təcrübəsi 2 ildən artıq;
  • MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək; 
  • Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması.

Əmək şəraiti:

  • Həftə içi 5 gün saat 09:00-18:00);
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Korporativ nömrə (korporativ paket);
  • Əməkhaqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək;
  • Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla