AZ

"Türk Hava Yolları"ndan ruslara CİDDİ XƏBƏRDARLIQ

"Türk Hava Yolları" öz saytında İstanbuldan keçməklə bir sıra Latın Amerikası ölkələrinə tranzitlə səyahət edən sərnişinlər üçün rus dilində qeydlər dərc edib.

Publika.az xəbər verir ki, bu barıdı yerli KİV məlumat yayıb.

Bildirilib ki, pasport və viza tələbləri kimi ümumi qaydalara əlavə olaraq, uçuşları Braziliya, Venesuela, Meksika, Kolumbiya və Kubaya olan sərnişinlərə bəzi əlavə nəzarətlər tətbiq oluna bilər. Mətndə qeyd edilib ki, bir sıra qaydalara əməl edilmədikdə, təyinat ölkəsinin hakimiyyət orqanları ölkəyə girişdən imtina edə bilər. Hava limanında eniş zamanı uyğunluq yoxlanışı aparıla bilər.

Yuxarıdakı hava limanlarının hər biri üçün sadalanan ölkələrdən birinə səyahət edən sərnişinin riayət etməli olduğu xüsusi şərtlər göstərilir.

“Nəzərinizə çatdırırıq ki, bu hava limanları üçün şərtlərdən birinə cavab verməyən sərnişinlər müvafiq reysə minməkdə problemlə üzləşə bilərlər”, - mesajda deyilir.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla