AZ

Narkotik maddələr orta məktəblərə yol açır – MM-də həyəcan təbili çalındıVİDEO

Narkotiklərə qarşı mübarizə sahəsində qanunvericilik sərtləşdirilməlidir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, həm inzibati xətalar məcəlləsinə, həm də cinayət məcəlləsinə dəyşikliklər edilməsinə ehtiyac var.

Millət vəkili Fəzail Ağamalı isə iclasda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb. Hazırda analar və körpələrin bundan əziyyət çəkdiyini və yeni qanunvericilik bazasına ehtiyyac olduğunu deyib. Bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur. Buna görə də, qadın da, kişi də vətəndaş nikahına girməli deyil.

İclasda ən çox müzakirə mövzularından biri də "Xəzər dənizində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsi idi. Millət vəkili Qüdrət Həsənquliyev yeni layihədə bəzi dəyşikliklərin edilməisinin zəruriliyinə toxunub.

Həmçinin, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştlərini özündə ehtiva edən qanun da müzakirə edilib.  Təklif edilir ki, COP29-un keçirilməsi ilə əlaqədar qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunsun.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla