AZ

"X" sosial şəbəkəsinin işində problem yarandı

"X" sosial şəbəkəsində (keçmiş Twitter) nasazlıq yaranıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, şikayətlərin əksəriyyətinin ABŞ-dən gəldiyi qeyd edilir. Xidmətə daxil olmaqda problem olduğunu bildirən istifadəçilərin 77 faizi saytla bağlı problemlərlə üzləşib. 17 faiz tətbiqdən istifadə edə bilməyib.

ABŞ-nin Nyu-York, Los-Anceles, Vaşinqton və digər şəhərlərindən kəsilmə xəbərləri gəlib.

Yusif EYVAZLI

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla