AZ

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

Milli.Az lent.az-a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir.

Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır.

Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarla doludur.

Nura Suri heyvanlara olan xüsusi sevgiylə bilinir. 3 oğlu olan müğənni açıqlamalrından birində köpəyinin baxımına xeyli pul xərclədiyini bildirmişdi.

Rəqqasə Renka rəqslərində boynuna doladığı böyük ilanı evində saxlayır.

Müğənni Günay İbrahimli bir dəfə evində 18 pişiyinin olduğunu bildirmişdi.

Xalq artisti Zülfiyyə Xanbabayeva tez-tez sosial şəbəkə hesabında ağ köpəyi ilə şəkillər paylaşır.

Aktyor Rəşad Səfərli itnin şampunun onunkundan daha baha olduğunu bildirib.

Xalq artisti Aygün Kazımova itinin baxımı üçün hər ay ən az 2 min manatından keçir.

Ekstrasens Zirəddin Rzayev evində bir neçə Qanqal cinsli köpək saxlayır. Bu itlərin hər biri gün ərzində ən az 2 kilo ət yeməlidir.


BiG.Az
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla