AZ

Mayın 9-da Moskvada “Ölməz alay” yürüşü ləğv edilib

Moskvada 9 May Qələbə günü ilə bağlı “Ölməz alay” yürüşü ləğv edilib. Tədbir onlayn rejimdə keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Diqqət, Moskva” teleqram kanalı aksiyanın təşkilatçılarına istinadənyayıb.

Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlar Məsələləri Komitəsi sədrinin birinci müavini Yelena Tsunaevanın sözlərinə görə, yürüş “ictimai təhlükəsizliyə mövcud təhdidlərə görə” ləğv edilib.

Digər şəhərlərdəki “Ölməz alay” da ləğv edilib.

Bundan əvvəl Rusiyanın bir sıra regionlarında ənənəvi Qələbə günü paradı və “Ölməz alay” yürüşü ləğv edilib. Anım tədbirlərinin onlayn keçirilməsi təklif olunur.

Kursk, Bryansk, Belqorod, Ryazan və Pskov vilayətlərində isə ümumiyyətlə paradlar ləğv edilib.

Xatırladaq ki, 2023-cü ildə Rusiyanın 23 regionunda Qələbə Günü paradları ləğv edilmişdi.

Nazlı

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla