AZ

Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”

“Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Avstriyanın enerji icması katibliyinin ətraf mühit üzrə baş eksperti Piter Vayda deyib.

“Bakıda keçiriləcək COP29-la bağlı məlumat aldıq və Azərbaycan hökumətinin bu tədbirin təşkili ilə bağlı prioritetlərini öyrəndik. Bu konfransda iştirak etməyi səbirsizliklə gözləyirdim. Sabah Laçına gedəcəyimizi öyrənəndə daha çox sevindim”, - deyə Piter Vayda qeyd edib.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla