AZ

“8 Noyabr” prospektində velosiped zolağı salınır

8 Noyabr prospektində hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, işlər prospektin Yusif Səfərov küçəsinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.

Ümumilikdə isə prospekt boyunca 10 kilometrədək velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Bundan başqa, prospekt boyunca mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.

İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.

Seçilən
58
9
Mənbələr
Şərh ()
Bağla