AZ

“Kardiff Siti” həlak olmuş Salaya görə “Nant”ı məhkəməyə verir

İngiltərə Çempionşipində çıxış edən Uelsin “Kardiff Siti” klubu 120 milyon avro məbləğində ödəniş etməsi tələbilə “Nant”ı məhkəməyə verəcək.

Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, uelslilərin müvafiq tələbi 2019-cu ilin yanvarında dünyasını dəyişmiş argentinalı hücumçu Emiliano Sala ilə bağlı iş üzrə keçir.

Sala Nantdan Kardifə köçüb, amma transfer elan edildikdən iki gün sonra təyyarə qəzasında həlak olub.

Vurğulanır ki, 120 milyon avro məbləğində iddianın dəyərini müəyyən etmək üçün “Kardiff” texnoloji həllə əsaslanıb. Yəni, bu məbləğ havadan iddia edilmir. Uels klubu komandanın heyətində Salanın çıxışı halında “Kardiff”in İngiltərə Premyer Liqasında qalma ehtimalını müəyyən etmək üçün məlumat təhlili üzrə ixtisaslaşmış “Analytics FC” şirkətinə müraciət edib. Salanın oyunların 60%-ni oynayacağını fərz etsək, şirkət “Kardiff”in İngiltərə Premyer Liqasında qalma imkanının 54,2% olduğunu hesablayıb.

İddia həm də 2018/2019 və 2022/2023 mövsümləri arasında 52,9 milyon avro məbləğində qiymətləndirilən gəlir itkisinə, həmçinin 67,3 milyon avro məbləğində təxmin edilən dəyər itkisinə əsaslanır. Həmçinin Uels təmsilçisi “nüfuzuna dəymiş ziyana görə” 2 milyon avro məbləğində təzminat tələbindədir.

Fransa təmsilçisi “Nant”ın isə bu haqq-hesab qarşısında mövqeyi mətbuatda, “gözləri kəlləsinə çıxımış” kimi qiymətləndirilir. Öz növbəsində, “Nant” “mənəvi zərər” müqabilində “Kardiff Siti”ni məhkəməyə verib.

Hadisələrin inkişafı gözlənilir.

Xatırladaq ki, Emiliano Sala vaxtilə “Nant”ın heyətində keçirdiyi 133 oyunda 48 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “Nyor”, “Orlean”, “Bordo”, “Kan” kimi klubların da formasını geyinib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla