AZ

“Aston Villa” Unai Emeri ilə müqaviləsini yenilədi - Rəsmi

İspan mütəxəssis Unai Emeri çalışdırdığı, İngiltərə Premyer Liqasının təmsilçisi “Aston Villa” ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə “Aston Villa”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

“Villa” azarkeşləri, klubun sahibləri, rəhbərliyi və fəxr etdiyimiz bu möhtəşəm komandanın oyunçuları ilə birlikdə səyahətimizdən həzz alırıq.

Mən və klub rəhbərliyi… biz sahiblərin baxışını bölüşürük və bu futbol klubunun inkişafı üçün yaxşı mühitimiz və düzgün strukturumuz var. Bu müddət ərzində qazandığımız zəhmətkeş ruhu, ağıllı qərarları və sahiblərlə qarşılıqlı hörməti qoruyub saxlamalıyıq. Daha yaxşı və daha da yaxşı olmaq üçün çalışacağıq. Və biz bir-birimizdən tələb edəcəyik. İddia həmişə bu layihənin şüarıdır və belə də olmalıdır”, – “Aston Villa”nın mətbuat Unai Emeridən sitat gətirir.

Unai Emeri “Aston Villa”nı 2022-ci ilin noyabrından çalışdırır. 52 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qaibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).

İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 77 oyun, 44 qələbə, 14 heç-heçə, 19 məğlubiyyət. Topların fərqi isə 148:100 nisbətindədir.

Hazırda Unai Emerinin yetirmələri Premyer Liqada 34 oyundan 66 xalla 4-cü pillədə qərarlaşıblar. “Aston Villa” Konfrans Liqasında da iştirakını uğurla davam etdirir, “şirlər” yarışın yarımfinal mərhələsinə yüksəliblər və burada Pirey “Olimpiakos”u ilə mübarizə aparacaqlar.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla