AZ

Gəmi batdı: 16 ölü

Afrikanın şimal-şərqində Cibuti sahillərində gəminin batması nəticəsində azı 16 miqrant ölüb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, gəmidə 77 nəfər olub, 26 nəfər itkin düşüb.

Qeyd edilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, aprelin əvvəlində Cibuti sahillərində gəminin batması nəticəsində 38 nəfər həlak olub. Məlumata görə, ölənlərin hamısı Efiopiya vətəndaşıdır. Batan gəmi Afrika sahillərindən Yəmənə doğru hərəkət edirdi.

Seçilən
21
6
Mənbələr
Şərh ()
Bağla