AZ

“Koroğlu” metrostansiyası yaxınlığında meyit tapıldı

Metronun “Koroğlu” stansiyası yaxınlığında ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, kimliyi bəlli olmayan şəxsin meyiti Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzi hissəsində tapılıb.

Hazırda əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Şəxsin ölüm səbəbi dəqiqləşdirilir.

Rafi Müslümov

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla