AZ

Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar

Almaniya məktəblərində müsəlman şagirdlərin sayı artmağa başlayıb.

Bu barədə Almaniyanın dövlət təhlükəsizlik xidmətindəki anonim mənbəyə istinadən məlumat yayılıb.

Qeyd olunub ki, uşaqların islamı qəbul etmək istəmələrinin səbəbinin yaşıdlarından seçilmək istəməmələridir.

“Almaniyada getdikcə daha çox valideyn məsləhət mərkəzlərinə müraciət edir, çünki onların xristian uşaqları məktəbdə seçilməmək üçün islamı qəbul etmək istəyirlər”, - deyə mənbənin verdiyi məlumatda bildirilir.

Bu, Yaxın Şərqdən miqrasiya səbəbindən məktəblərdə müsəlman uşaqların sayının kəskin artması ilə əlaqələndirilib. Bəzi böyük şəhərlərdə siniflərdə xristian ailələrindən olan uşaqların sayı azlıq təşkil edir. Məsələn, Berlin, Frankfurt və Essendə müsəlman şagirdlərin nisbəti 80%-dən çox olan təhsil müəssisələri var.

Ciddi dindar ailələrdən olan müsəlman uşaqlar məktəbli qızları həddən artıq “qərb” davranışları üçün günahlandırır və bəzən məktəbin qayda-qanunlarına uyğun olmayan paralel icmalar yaradırlar, lakin həddindən artıq yüklənmə səbəbindən müəllimlərin bütün bu kimi hallara reaksiya verməyə vaxtları yoxdur.

Mənbə: Bild

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla