AZ

Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlər üçün təlimlər keçirilib -FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  layihə çərçivəsində Füzuli, Zəngilan və Laçın rayonlarında "Uşaq və valideynlərin sosial ünsiyyət bacarıqlarının artırılması" mövzusunda təlimlər keçirilib.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla