AZ

''Adana Dəmirspor'' ulduz futbolçu ilə vidalaşmaq istəyir

''Qalatasaray''la oyuna hazırlaşan ''Adana Dəmirspor''la bağlı diqqət çəkən bir xəbər yayılıb.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə Adana klubunun rəhbərliyi Luiş Naninin müqaviləsini qarşılıqlı şəkildə ləğv etmək üçün onunla danışıqlar aparır. Belə ki, şaiyələrə inansaq, baş məşqçi Hikmət Karaman portuqaliyalı ulduzun performansından narazıdı və onu komandada görmək istəmir. Müqavilənin qısa müddətdə ləğv olunacağı və bununla bağlı klubdan rəsmi açıqlama veriləcəyi gözlənilir. ''Adana Dəmirspor'' cümə günü 34-cü turun açılış oyununda öz meydanında lider ''Qalatasaray''ı qəbul edəcək. Yığmamızın üzvü Şahruddin Məhəmmədəliyevin həmin matçda start heyətində meydana çıxacağı gözlənilir. Naniyə gəlincə, o, Adana klubunda ilk mövsümünü keçirir. 37 yaşlı futbolçu bu mövsüm 34 rəsmi oyunda 1213 dəqiqə meydanda olub və 4 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib. Futbol dünyasında daha çox ''Mançester Yunayted''dəki çıxışı ilə tanınan, bir dönəm ''Fənərbaxça''da da forma geyən Nani Portuqaliya yığmasının heyətində AÇ-2016-nın qalibi olub.

ƏLİ

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla