AZ

Çin banklarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilə bilər

ABŞ Rusiya ilə ticarət-iqtisadi əlaqələrin artması səbəbindən Çin banklarına qarşı ikinci dərəcəli sanksiyalar hazırlayır, Vaşinqtonun fikrincə, bu, Kremlə hərbi-sənaye kompleksini bərpa etməyə kömək edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Wall Street Journal” yayıb.

ABŞ-ın fikrincə, Çin ikili təyinatlı mallar sahəsində Rusiya Federasiyasının əsas tərəfdaşına çevrilib. Belə məhsullara elektron sxemlər, təyyarə hissələri, dəzgahlar və avtomobillər daxildir. Çin bank sistemi ödəniş üçün vəsaitlərin köçürülməsi üçün əsas vasitə kimi xidmət edir.

Amerika siyasi elitası hesab edir ki, sanksiyalar təzyiqi Pekini xarici iqtisadi siyasətini dəyişməyə məcbur edə biləcək və eyni zamanda ABŞ-Çin münasibətlərini pisləşdirməyəcək. İkitərəfli əməkdaşlığa dəstək məqsədilə ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü, aprelin 24-də Çinə rəsmi səfərə gedəcək.

Nazlı

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla