AZ

"Beşiktaş"ın hücumçusu Arda Turanın komandasında?

Mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatan Cenk Tosun komandadan ayrılmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu "qara qartallar"la yeni müqavilə məsələsində razılığa gələ bilmir.

Tərəflər arasında maaşla bağlı fikir ayrılığı var.

Arda Turan karyerasını İstanbulda başqa komandada davam etdirə bilər. "Başakşehir"və Super Liqaya yeni vəsiqə qazanmış, Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" ulduz ilə maraqlanır.

Təcrübəli forvard ona gələn təklifləri nəzərdən keçirir.

Cenk Tosun bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla