Unai Emeri “Aston Villa” yeni müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis daha 3 il ingilis klubunda işləyəcək.
Bu barədə klubun rəsmi saytında açıqlama yayımlanıb. Emeri bildirib ki, klub rəhbərliyi ilə fikirləri üst-üsə düşür və “Aston Villa”nın inkişafı istiqamətində böyük işlər görülür. O, daha yaxşı olmaq üçün səylə çalışacaqlarını deyib.
Qeyd edək ki, Emeri 2022-ci ildən “Aston Villa”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə bu mövsümdə Konfrans Liqasında yarımfinala yüksəlib, İngiltərə çempionatında Çempionlar Liqasına vəsiqə verən yeri tutmağa yaxındır.
İdman.biz