AZ

Mourinyo əsəbiləşdi

style='margin-bottom:10px;'>

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo klubdan istefaya göndərilməsi haqqında növbəti dəfə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis A seriyası təmsilçisini ardıcıl iki dəfə avrokubokların finalına yüksəltməsini xatırlayıb: 

“Mən son iki ildə iki finalda oynamış yeganə avropalı məşqçiyəm. 20 il əvvəl Çempionlar Liqasını qazanmağım mənim günahım deyil. İndi hansısa məşqçidən "Ardıcıl iki il avrokubok finalında oynamaq istəyərsinizmi" deyə soruşsanız, onların əksəriyyəti "bəli" cavabını verəcək”.

Qeyd edək ki, Mourinyo 2024-cü ilin yanvarında "Roma"dan istefaya göndərilib. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə isə “qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib, onlardan 44-də qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu” və “Benfika” klublarını da çalışdırıb.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla