Qadın voleybolçular arasında Azərbaycan çempionatının final oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, həlledici qarşılaşmada "Abşeron" və "Azərreyl" kollektivləri qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan final qarşılaşmasında "Azərreyl" rəqibini 3:1 (25:13, 15:25, 25:21, 25:21) məğlub edərək ölkə çempionu adına sahib çıxıb.
Bürünc medalları isə “Murov Az Terminal” qazanıb.