AZ

Qolf topu böyüklüyündə dili olan qadın: Ölçüsü heyrətamizdir

ABŞ-da bir qadın dil çevrəsi genişliyinə görə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Publika.az xəbər verir ki, Amerikanın Oreqon ştatında yaşayan Cenni DüVander dünyanın ən böyük dil dairəsinə sahib olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb.

Ştatın ən böyük şəhəri olan Portlenddə yaşayan DuVander oğlunu yatdırarkən 2023-cü ilin Ginnesin Rekordlar Kitabını birlikdə oxuduqlarını və belə bir kateqoriyanın olduğunu ilk dəfə anladıqlarını söyləyib. Qadın daha sonra dəqiq ölçü götürmək üçün diş həkiminə getdiyini, burada faktiki uzunluğun 13,25 santimetr olduğunu öyrənib.

DuVander uzun dil çevrəsinin gündəlik həyatına təsir etmədiyini, hətta bəzən musiqi alətində ifa etməsinə də kömək etdiyini bildirib.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla