AZ

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Bakı, 23 aprel, AZƏRTAC

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma "dəmiryolçular"ın 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Azərreyl" 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Ötən gün "Azərreyl"in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal"ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

Qeyd edək ki, qadınların Yüksək Liqasında bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Seçilən
77
8
Mənbələr
Şərh ()
Bağla