AZ

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu paytaxtın Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəblə birgə “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə məktəbin pedaqoji və şagird heyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun məsul əməkdaş iştirak edib.

Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, asudə vaxtın səmərəli təşkil edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətinə dair videoçarx və maarifləndirici sosial roliklər nümayiş olunub.

Sonra işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla