AZ

“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”

Məşhur Məmmədov: “Bu məntəqənin yaradılması ilə düşmənin canlı qüvvəsi və texnikasının torpaqlarımıza axınının qarşısı alındı”

 

Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin yaranmasının ildönümüdür. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

 

Mövzu ilə bağlı  açıqlama verən millət vəkili Məşhur Məmmədov Laçın sərhəd-buraxlışının yaradılmasının tarixi bir hadisə olduğunu vurğulayıb:

 

“2023-cü ilin 23 aprel tarixində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması hərb tariximizin, müstəqillik tariximizin mühüm hadisələrindən biridir.

 

Laçın sərhəd-buraxılış məntəqəsi elə bir dönəmdə yaradıldı ki, ölkəmiz bir tərəfdən erməni separatizminə, qanunsuz erməni silahlı birləşmələrinə qarşı mübarizə aparır, digər tərəfdən Qarabağdakı təbii sərvətlərimizin istismarını önləməyə çalışırdı.

 

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla