AZ

Zelim Kotsoyev: “Hazırlığım yaxşıdır və narahat deyiləm”

“Avropa çempionatında əla nəticəyə ümid edirik. Keçən ildəkindən daha yaxşı olar”.

Bunu İdman.bizə aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı ərəfəsində azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) deyib.

O bildirib ki, ötən ilin noyabrında Fransanın Monpelye şəhərində qazandığı titulu qorumağa çalışacaq: “Məşqləri davam etdirirəm. Hazırda 100 faiz hazır olduğumu demirəm, çünki Olimpiadaya hazırlıq gedir. Bu mənada əsas vəzifə Parisdə uğurlu çıxışdır”.

Yenidən çempionluq uğrunda mübarizə aparmaq şansına gəlincə, cüdoçumuz narahat olmadığını bildirib: “Hazırlığım yaxşıdır və narahat deyiləm. Qismət necədirsə, elə də olacaq”.

Qeyd edək ki, ötən il Avropa çempionatında yığmamızın heyətində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə:
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla