AZ

Aktyor 1 kilo kokainlə tutuldu

Rusiyada reklam aktyoru Yevgeni Aqafonovun avtomobilindən bir kiloqram kokain tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis aprelin 9-da Lyubertsı şəhərinin 8 Mart küçəsində bir kişini saxlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsinə baxış keçirib və baqaj hissəsində bir kiloqramlıq paketdə toz halında maddə aşkar ediblər.

Aktyor saxlanılıb. Onun barəsində xüsusilə külli miqdarda narkotik vasitələrin satışına cəhd maddəsi ilə iş açılıb. O, ömürlük həbslə üzləşə bilər.

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla