AZ

Afinadan sərt cavab: Bunu Ukraynaya verməyəcəyik...

Yunanıstan öz hava hücumundan müdafiə imkanlarını təhlükəyə atmamaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərməyəcəyini açıq şəkildə bəyan edib.

Axar.az xəbər verir ki, bunu Yunanıstan hökumətinin rəsmisi Pavlos Marinakis deyib.

“Biz ölkənin çəkindirici imkanlarını, ölkənin hava hücumundan müdafiəsini təhlükə altına salacaq heç bir addım atmayacağıq”, - Marinakis bildirib.

Qeyd edək ki, “Faynenşl Tayms” nəşri Yunanıstan və İspaniyanın hava hücumundan müdafiə sistemlərini Ukraynaya verəcəkləri barədə məlumat yaymışdı.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla