AZ

Rusiyadan 3-500 AÇIQLAMASI: Tarix verdilər – FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu S-500 hava hücumundan müdafiə sistemlərinin gələn il ordunun inventarına daxil ediləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, Şoyqu Moskvada hərbi rəsmilərlə keçirdiyi görüşdə Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Şoyqu Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyini və Donetsk vilayətinin Pervomayskoye, Boqdanovka, Novomixaylovka yaşayış məntəqələrini ələ keçirdiyini bildirib.

Müdafiə naziri Ukrayna ordusunun itkiləri ilə bağlı da danışıb. “Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələri yarım milyona yaxın əsgər itirib. Kiyev rəhbərliyi NATO-nun hazırladığı əks-hücum prosesində hədəflərə çata bilməyib. Bizim əsgərlər Qərb silahlarının üstün olduğuna dair inamı sarsıtdılar “, – deyə o əlavə edib.

Şoyqu bildirib ki, müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 22 mindən çox pilotsuz uçuş aparatı (PUA), təxminən 6 min raket, o cümlədən Ukrayna ordusuna məxsus “HİMARS” və “Vampir” raketləri, 592 təyyarə, 270 helikopter, 349 hava əleyhinə Təyyarə idarə olunan və taktiki ballistik mərmi, 329 idarə olunan raket, 278 radar əleyhinə raket və 37 şar məhv edilib.

ABŞ rəhbərliyinin Ukraynaya 61 milyard dollarlıq yardım etməyi planlaşdırdığına diqqət çəkən Şoyqu, “bunun Ukrayna Silahlı Qüvvələrinin çökməsinin qarşısını almaq üçün edildiyini və bu məbləğin böyük hissəsinin ABŞ hərbi sənayesini maliyyələşdirəcəyini” bildirib.

Nazir Rusiya hərbi sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal gücünün və Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını deyib.

İsveçin martın əvvəlində NATO-ya üzv olduğuna diqqət çəkən Şoyqu bunun Qərb və Şimal-qərb istiqamətlərində hərbi-siyasi gərginliyi artırdığını vurğulayıb.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla