AZ

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

Bakı. Trend:

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovunqərarı ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklikedilir.

Dəyişikliyə əsasən, “İşsizlikdən sığorta haqqında” AzərbaycanRespublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan haldasığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla)üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətlişəxslərə minimum sığorta ödənişi təyin edilir. Bu halda sığortaödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdəödənilir.

Dəyişiklikdən əvvəlki qaydaya əsasən isə ən azı 30 ay sığortastajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığortaödənişinin təyin edilməsi nəzərdə tutulurdu.

Məqalədə:
Seçilən
70
5
Mənbələr
Şərh ()
Bağla