AZ

“Prius”un səbəb olduğu zəncirvari qəza anbaan kameraya düşdü - VİDEO

Sabunçu rayonu Balaxanı qəsəbəsində baş vermiş zəncirvari qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 22-si saat 06:37 radələrində qeydə alınıb. “Yango” taksi şirkətinə məxsus 77-KJ-308 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşın, “Daewoo” markalı və “Nissan” markalı avtomobillərlə toqquşub. Belə ki, əks istiqamətli yola keçmək istəyən “Prius” sürücüsü həmin zolaqda hərəkətdə olan maşına çırpılıb. Zərbənin təsirindən öz zolağına qayıdan “Prius” arxadan gələn maşına dəyib. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Nərmin

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla