AZ

ABŞ-da pilotlar yeni T-54A təyyarəsində təlim keçəcəklər

ABŞ Hərbi Dəniz Qüvvələri 2 ədəd yeni T-54A ikimühərrikli təlim təyyarəsi alıblar. Bu təyyarələrdən ABŞ Hərbi Dəniz Qüvvələri pilotları müasir turbovintli təyyarələri idarə etmək üçün istifadə edəcəklər.

Southern Maryland News-un məlumatına görə, nəqliyyat vasitələri Texas ştatındakı Korpus-Kristi aviabazasına çatıb.

T-54A-nın köhnəlmiş T-44C “Pegasus” təlim təyyarəsini əvəz edəcəyi güman edilir. Köhnə təyyarələri isə altı aydan sonra istismardan çıxarmağa başlayacaqlar.

Pilotlar T-54-də təlim keçdikdən sonra Dəniz Aviasiyası, Dəniz Piyadaları, Sahil Mühafizəsi və ABŞ-ın bəzi müttəfiqlərinin istifadə etdiyi turbovintli təyyarələri idarə edə biləcəklər. Təyyarələrin xidmət müddəti 2055-ci ilə qədər nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla