AZ

Magistratura imtahanında esselərin qiymətləndirilmə meyarları...

Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.

 

AzEdu.az xəbər verir ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

 

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzuda esse yazırlar.

 

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları aşağıdakı kimidir:

 

1 (A)

2 (B)

3 (C)

4 (D)

Essenin mövzusu, həcmi və strukturu

Mövzunun əhatəedilmə dərəcəsi

Məntiqi ardıcıllıq və qrammatik qaydalara əməl olunma

Söz ehtiyatının müxtəlifliyi və işlənməsi

Essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun)) mövcudluğu və onlar arasında əlaqə (bütövlük, tamlıq), üslubun neytrallığı və orijinallığı (müəllifin dəsti-xətti)

Mövzunun əhatə səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, şəxsi təcrübədən istifadə etməklə əsaslandırılması

Müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayı

Söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadə

1 bal

2 bal

1 bal

1 bal

­ - esse seçilmiş xarici dildə və mövzunun adına uyğun işlənib;

­ - həcmi 150-200 (±) sözdür;

­ - tərkib hissələri (giriş, əsas hissə və nəticə) ayrı-ayrı abzaslarla fərqləndirilib;

­ - essenin tərkib hissələri arasındakı əlaqə tamamilə gözlənilib: mətn axıcıdır;

­ - essedə neytrallıq və orijinallıq qorunub.

­ - mövzu dolğun şəkildə şərh edilib və tam (hərtərəfli) əhatə olunub;

­ - mövzu ilə bağlı mühakimələr, fikirlər, çıxarılan nəticələr tamamilə məntiqli və inandırıcıdır;

­ - mövzu ilə bağlı müstəqil fikir yürüdülüb;

­ - mövzu ilə bağlı ifadə olunan əlavə fikir və məqamları əsaslandırmaq üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə olunub.

­ - müxtəlif birləşdirici vasitələrdən istifadə edir və fikirlər arasındakı məntiqi rabitə həmişə gözlənilir.

­ - fərqli strukturlu cümlələr qurur, ancaq mürəkkəb cümlələr quran zaman yol verilmiş (bəsit) səhvlərin (orfoqrafik, qrammatik, durğu işarəsi) ümumi sayı 1-2-dir;

­ - mövzuya uyğun zəngin söz ehtiyatı vardır və sözləri həmişə yerində işlədir;

­ - cüzi leksik səhvlər (1-2 səhv) məzmunun çatdırılmasına mane olmur;

­ - müxtəlif leksik vahidlərdən istifadə edir və leksik təkrara yol vermir (parafraz edir, sinonimlərini yazır, söz birləşmələrini istifadə edir).

 

Qeyd 1: Qeyd olunmuş meyarlar müvafiq yazı tapşırığı üzrə tam bal (5 bal) almaq üçün təqdim olunub.

 

Qeyd 2: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

 

Qeyd 3: A və B alt meyarları üzrə tam bal almaq üçün bütün şərtlər (söz sayı xaric) ödənilərsə, yazının həcmi (200 sözdən çox olması) nəzərə alınmır.

 

Qeyd 4: A bəndi “0” balla qiymətləndirilirsə, B bəndi üzrə qiymətləndirilmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.

 

B bəndi “0” balla qiymətləndirilirsə, C, D bəndləri üzrə qiymətləndirmə aparılmır.      

                     

Qeyd 5: Eyni dil qaydalarına aid təkrarlanan səhvələr 1 (bir) səhv hesab olunur.

 

Qeyd 6: Ayrıca yazılmış bütün sözlər (artikllər daxil olmaqla) sayılır.

 

 
Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla