AZ

Azərbaycanda neft-qaz sektoru üzrə vergi daxilolmaları 40 %-dən çox azalıb

Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektoru üzrə vergi daxilolmaları 1 milyard 367,3 milyon manat təşkil edib.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 917 milyon manat və ya 40,1 % azdır.

Belə ki, ötən ili neft-qaz sektoru üzrə vergi daxilolmaları 2 milyard 284 min manat təşkil edib.

Yanvar-mart aylarında neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,8 %-i və 667,9 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi olub. Bu, 1 il əvvələ nisbətən 2,3 dəfə azdır

Qalan vergi daxilolmalarının isə 34 %-ni və yaxud 464,8 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 17,2 %-ni və yaxud 234,6 milyon manatını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 48,3 milyon manat və ya 9,4 % az və 9,4 milyon manat, başqa sözlə 4,2 % çoxdur.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla