AZ

İsrail ordusu “Hizbullah”ın daha iki komandirini zərərsizləşdirdi


İsrail ordusu Livanın “Hizbullah” təşkilatının silahlı birləşmələrinin iki komandirini zərərsizləşdirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 
Məlumata görə, bu gün səhər saatlarında hava hücumu nəticəsində Livanın cənubunda “Hizbullah” hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Əzkul zərərsizləşdirilib. 
“Əzkul İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində yaxından iştirak edib və “Hizbullah”ın hava hücumundan müdafiə bölməsinin gündəlik fəaliyyətində iştirak edib. Onun aradan qaldırılması “Hizbullah”ın hava hücumundan müdafiə bölməsinin imkanlarına ciddi ziyan vurub”, - məlumatda biıdirilib.
Bundan əlavə, İsrail ordusu ötən gecə Arzun bölgəsində “Radvan” xüsusi təyinatlılarının strukturunda mühüm mövqe tutan Məhəmməd Xəlil Atiyanın zərərsizləşdirildiyini bəyan edib. 
İsrail ordusunun məlumatına görə, o, İsrailə qarşı terror planlarının hazırlanması və həyata keçirilməsi ilə məşğul olub.
Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla