AZ

"İnter Pazarlama" məhkəmə qarşısında

"İnter Pazarlama" Məhdud Məsuliyyətli Cəmiyyəti arəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib. 

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır. 

Sadiq İsbəndərli

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla