AZ

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.

 

Sfera.az bildirir, mersisaydlılar klubunun rəhbərliyi portuqaliyalı məşqçinin Fransa çempionatındakı uğuruna sevinir. Klub rəhbərliyi mümkün təyinatla bağlı Fonseka ilə artıq qeyri-rəsmi danışıqlar aparıb.

 

Paulo Fonseka məşqçilik karyerasının əvvəlindən Portuqaliyanın bir sıra klublarında, o cümlədən "Portu"da çalışıb, eyni zamanda Ukraynanın "Şaxtyor" və İtaliyanın "Roma" klublarının baş məşqçisi olub.

 

O, 2022-ci ildən Fransanın “Lill” klubunu idarə edir. Fonsekanın rəhbərliyi altında Fransa yığması Liqa 1-in cari mövsümündə 29 oyundan sonra 52 xalla dördüncü pillədə qərarlaşıb.

 

Fatimə Lətif

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla