AZ

UEFA AVRO-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi

style='margin-bottom:10px;'>

UEFA nümayəndələri 2024-cü il Avropa çempionatı üçün milli komandaların iştirak ərizələrində futbolçu sayının 23-dən 26-ya çatdırılmasına səs verib.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, yekun qərarı UEFA-nın İcraiyyə Komitəsi təsdiq etməlidir. Bu prosedurun formal xarakter daşıyacağı gözlənilir.

Ərizələrin 26 futbolçuya artırılması təklifi ilk dəfə iki həftə əvvəl Düsseldorfda milli komandaların məşqçilərinin görüşündə səsləndirilib.

Xatırladırıq ki, 2021-ci ildə keçirilən Avro-2020 üçün milli komandalara 26 oyunçunun yer aldığı proqramdan istifadə etmək icazəsi verilmişdi, lakin sonradan standart formata - 23-ə qaytarılmışdı. 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla