AZ

Səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsi, təsnifatı və saxlanılma qaydalarına dair təlim keçirilib

Sabunçu Tibb Mərkəzində “Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi” adlı təlim keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, sözügedən təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi tullantıların idarə olunmasına dair qanunla müəyyənləşdirilib.
 
Təlim Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Əminə Alməmmədova tərəfindən keçirilib. O, səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsi, təsnifatı və saxlanılma qaydalarına dair tələblər diqqətə çatdırılıb.
 
Təlim sonda tibbi heyətin suallarının cavablandırılması ilə interaktiv şəkildə davam edib.
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla