AZ

İsveçdə rus casus gəmilərindən danışıblar

İsveç Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Eva Skuq Haslum Rusiyanın Baltik dənizində casusluq üçün kölgə donanmasının olduğunu bildirib.

Herbiand.az xəbər verir ki, O, SVT-yə müsahibəsində Rusiyanın casus gəmiləri haqqında danışıb.

Onun sözlərinə görə, İsveç tərəfində Rusiya gəmilərinin radiokəşfiyyat üçün istifadə oluna biləcəyini təsdiq edən sənədlər var: “Məsələn, biz adətən balıqçılıq gəmilərində tapılmayan antena və dirəklər tapırıq. Ona görə aydın olur ki, onların bəzən fəaliyyətləri üçün başqa məqsədləri də var”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla