AZ

Niyə it almalıyıq? – Bunlara diqqət edin

İt almazdan əvvəl hər bir insan çox diqqətlə düşünməlidir. Bunun üçün əvvəlcə özünüzə belə bir sual verməlisiniz: “Mənə həqiqətən dördayaqlı dost lazımdırmı?”. 

Lent.az xəbər verir ki, ev heyvanlarına qulluq etmək olduqca mürəkkəb  məsələdir. Bu çox vaxt və səy tələb edir. 

Hətta sonradan bir çoxları bundan peşman olur. 

Belə vəziyyətdə insanın iki seçimi olur: ya istənilməyən bu heyvan böyüdülməyə davam edilir, ya da yanlış əllərə verilir. Heç bir variantı yaxşı seçim adlandırmaq olmaz. 

Bəs, ev heyvanı istədiyimizdən necə əmin ola bilərik? 

Əvvəlcə bunu dərk etməliyik ki, itlər uşaqlar üçün oyuncaq, şəxsi ambisiyaları həyata keçirməyə imkan verən, cansıxıcılığı aradan qaldırmaq üçün istifadə olunan bir canlı deyil.  

Bir insan ev heyvanına qulluq etmək üçün kifayət qədər vaxtının, enerjisinin və maddiyatının olduğuna əmindirsə, o zaman rahatlıqla it ala bilər. 


 

Seçilən
28
7
Mənbələr
Şərh ()
Bağla