Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.
Yenisabah.az xəbər verir ki, kassa aparatı sındırılaraq oradan 12 min manata yaxın vəsait oğurlanıb.
Araşdırmalarla pulu idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilovun oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.