AZ

Xəyallarını qurduğu filmlərə çəkilə bilməyən MƏŞHURLAR - FOTO - SİYAHI

Dünya musiqi aləmində uğurlu müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq da edən məşhurlar var. Cennifer Lopez, Harri Stayl, Rihanna bu qəbildən oln tanınmışlar sırasına daxildir. Lakin onlar Hollivuddakı digər aktyorlar kimi istədikləri hər rola da çəkilə bilməyiblər.

BAKU.WS xarici KİV-ə istinadən məşhurların xəyalını qurub lakin çəkilə bilmədiyi filmləri təqdim edir:

Rihanna

Sənətçi "Mad Max: Fury Road" filmində çəkilmək üçün kastinqə qatılıb, lakin alınmayıb. Corc Miller imzalı ekran işində rol ala bilməyən ifaçı daha sonra "Oceans's 8", "Home", "Battleship" kimi filmlərdə çəkilib.

Cennifer Lopez

Müğənni bu günə qədər bəzi komediya və aksiyon filmlərində rol alıb. Lakin Lopez ən çox "Showgirls" filminə çəkilmək istəyib.

Maykl Cekson

"Popun Kralı" "X-Men" filmlərindəki professor Çarlz Xavieri canlandırmaq istəyib. Lakin bu obraz üçün o çox gənc hesab edilib. Maykl makiyaj və qrim olunmağı təklif edib. Lakin o rol Patrik Stüarta təklif edilib.

Britni Spirs

İfaçı həmişə "The Notebook" filmindəki Allie obrazını canlandırmaq istəyib.

Eminem

Repçi " Mad Max: Fury Road" filmində rol almaq istəyib.

Teylor Svift

Karyerasında uğurlara imza atan Teylor isə Les Miserables (Səfillər) filmində çəkilmək istəyib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla