AZ

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. 


Sfera.az hesabata istinadən xəbər verir ki, bu dövrdə satılan elektrik avtomobillərin sayı 2020-ci ilin hamısında satılan elektrikli avtomobillərin sayına bərabər olub. 
Bu ilin sonuna qədər dünyada elektrikli avtomobil satışının 17 milyona çatacağı, dünyada satılan hər 5 avtomobildən birinin elektriklə olacağı təxmin edilir. 


Elektrikli avtomobil satışlarının sürətli artımının qlobal avtomobil sənayesini yenidən formalaşdıracağı və nəqliyyatda istifadə edilən mühərrik və sürətlər qutusu yağına tələbatı əhəmiyyətli dərəcədə azaldacağı proqnozlaşdırılır. 


Elektromobil satışının 10 milyonunun Çində olacağı gözlənilir. 


Keçən il qlobal elektrikli avtomobil satışı əvvəlki ilə nisbətən 35 faiz artaraq 14 milyona çatmışdı. Tələb əsasən, Çin, Avropa və ABŞ-da görünsə də, Vyetnam və Tayland kimi inkişaf etməkdə olan ölkələrdə də elektrikli avtomobil satışı artıb. 


Elektrikli avtomobil satışının artmasının əsas səbəblərindən biri bu cür avtomobillərin ucuz olması ilə bağlıdır. Keçən il Çində satılan elektrikli avtomobillərin 60 faizindən çoxunun qiyməti eyni imkanları olan benzin və ya dizel mühərrikli avtomobillərdən ucuz olub. 


Amma Avropa və ABŞ-də hələ də daxili yanma mühərrikli avtomobillərin qiymətləri elektriklə işləyən avtomobillərin qiymətlərindən aşağıdır. Bazar rəqabətinin artması və akkumulyator texnologiyalarının inkişafı səbəbindən elektrikli avtomobillərin qiymətlərinin yaxın illərdə daha da azalacağı gözlənilir. 


Vasif

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla