AZ

Pioli “Milan”ın İnter”ə tarixi məğlubiyyətini şərh etdi

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 2023/2024 mövsümündə “rossoneri”nin “İnter”ə tarixi məğlubiyyətini şərh edib.

Arena.az məlumat verir ki, “neradzurri” 20-ci çempionluğunu İtaliya A Seriyasının 33-cü turu çərçivəsində əzəli rəqibi “Milan” üzərində 2:1 hesablı səfər qələbəsi ilə rəsmiləşdirib.

Qarşılaşmadan sonra Pioli komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:

“İnter” müstəsna bir mövsüm keçirdi. Cəmi bir oyunda uduzub, amma üç-dörd il ərzində heç kim onların liqanın ən güclü komandasına sahib olduğuna şübhə edə bilməz. Bizə gəlincə, bəzi həlledici görüşlərdə xal itirdik. Sabitliyimiz əskik idi.

Əgər “İnter”lə digər komandalar arasında fərq bu qədər böyükdürsə, bu o deməkdir ki, onlar çox güclü komandadır. Hamımız daha yüksək bir səviyyəyə qalxmalıyıq”, – “Football Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Beləliklə, “İnter” cari mövsüm İtaliya A Seriyasının başa çatmasına 5 tur qalmış 20-ci çempionluğunu təmin edib. “İnter” 33 oyundan 86 xalla yarış cədvəlinə başçılıq edir və ən yaxın rəqibi, 2-ci pillədə qərarlaşmış “Milan” (69 xal) 17 xal qabaqlayır.

Vurğulayaq ki, 20-ci çempionluğu qazanması ilə “İnter” köynəyində 2-ci ulduzu daşımaq hüququnu qazanıb.

Seçilən
52
42
Mənbələr
Şərh ()
Bağla