AZ

Başı telefona qarışansürücü bahalı “Mercedes”i “Prius”a çırpdı- VİDEO

Paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 22-si səhər saatlarında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil, taksi fəaliyyətiylə məşğul olan 77-AM-238 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşınla toqquşub. 
Qəzaya səbəb “Mercedes” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Nəticədə o, öndə dayanmış maşına çırpılaraq qəza törədib. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 
Qeyd edək ki, zərərçəkmiş, sürücünün tələbə olduğunu və sükan arxasında telefonla mesajlaşdığı üçün qəza törətdiyini iddia edib.

Nərmin

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla