AZ

Yük gəmisi körpüyə çırpıldı - VİDEO

Çinin Fujian əyalətindən yola düşən 4900 ton polad daşıyan gəmi yerli vaxtla saat 21.20 radələrində Jiujiang körpüsünün ətəyinə çırpılıb.

News24.az xəbər verir ki, göyərtəsində 11 ekipaj üzvü olan gəminin anbarının qəzadan sonra su almağa başladığı və saat 23.40 radələrində batdığı bildirilib.

Bölgədəki fövqəladə hallar idarəsindən verilən açıqlamaya görə, ekipajdan 7-si xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə 32 gəmi və 400-dən çox canlı qüvvə göndərilib. 

Qəza ilə bağlı araşdırma başlanarkən, suyun səviyyəsinin qalxmasının qəzaya səbəb ola biləcəyi təxmin edilir.

Günel Məlikzadə

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla