AZ

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

Bakı, 23 aprel, AZƏRTAC

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə Xalq yazıçısı Anar çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri barədə məktəblilərə məlumat verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu yaxınlarda paytaxtdakı məktəblərin birində qonaq olduğunu xatırladan yazıçı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib. O, mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində təhsil müəssisələrində görülən işləri yüksək qiymətləndirib. Azərbaycan dilinin zənginliyinə toxunan Anar bildirib ki, yalnız ana dilini incəliklərinə qədər bilən şəxs digər bir xarici dildə yüksək səviyyədə fikirlərini ifadə edə bilər.

Daha sonra şagirdlər Anarın yaradıcılığından tanış olduqları əsərlər, eləcə də yazıçının “Dantenin yubileyi”, “Bayram həsrətində”, “Keçən ilin son gecəsi”, “Gürcü familiyası” kimi kiçikhəcmli yaradıcılıq nümunələri əsasında müzakirələr aparıb, onları düşündürən sualları səsləndiriblər.

 

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla