AZ

BDU-nun şahmat komandasının uğuru

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət şahmat komandası Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş şahmat üzrə yarışlarda I yeri tutub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib.

Komandanın üzvləri kubok, diplom və medallarla təltif olunublar.

 

 

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla